Cari ilin noyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 505,6 min nəfər olmuşdur.
Dövlət Statistika Komitəsindən AzərTAc-a bildirmişlər ki, muzdla çalışan işçilərin 901,8 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 603,8 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərmişdir. Muzdla işləyənlərin 7,1 faizi tikinti sahəsində çalışmışdır.
Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində və tikinti sektorunda orta aylıq nominal əmək haqqı daha yüksək olmuşdur.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...