PDF Oxu

İqtisadiyyat

  • 101

Noyabr ayında Dövlət Neft Şirkəti tərəfindən dövlət büdcəsinə 163 milyon 344 min manat vəsait ödənilmişdir

Noyabr ayında Dövlət Neft Şirkəti tərəfindən dövlət büdcəsinə 163 milyon 344 min manat vəsait ödənilmişdir

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) cari ilin noyabr ayında dövlət büdcəsinə 163 milyon 344 min manat vəsait ödəmişdir, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 35 milyon 346 min manat və ya 127,6 faiz çoxdur.

ARDNŞ-nin mətbuat xidmətindən bildirmişlər ki, yanvar-noyabr aylarında şirkət tərəfindən büdcəyə 1 milyard 487 milyon 412 min manat vəsait ödənilmişdir. Bu göstərici 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 199 milyon 509 min manat və ya 115,5 faiz çox olmuşdur. Bundan əlavə, noyabrda ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 14 milyon 275 min manat vəsait köçürmüşdür. Bu, ötən ilin noyabr ayına nisbətən 1 milyon 285 min manat və ya 109,9 faiz çoxdur. Yanvar-noyabr aylarında isə şirkət tərəfindən DSMF-yə 147 milyon 765 min manat vəsait ödənilmişdir. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 milyon 198 min manat və ya 102,2 faiz çoxdur.

yap.org.az

Digər xəbərlər