Cari ilin yanvar-oktyabr aylarında "İpək Yolu" nəqliyyat dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində 49,1 milyon ton və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz çox yük, 236,4 milyon nəfər və ya 9,3 faiz çox sərnişin daşınmışdır.
Dövlət Statistika Komitəsindən bildirmişlər ki, yüklərin 46,2 faizi avtomobil, 36,2 faizi dəmir yolu, 17,6 faizi dəniz nəqliyyatı ilə daşınmışdır.
Yükdaşımaları fəaliyyətindən 382,1 milyon manat, sərnişin daşınmasından isə 78,8 milyon manat gəlir əldə olunmuş və müvafiq olaraq 7,4 və 15,8 faiz artım qeydə alınmışdır.
yap.org.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...