PDF Oxu

İqtisadiyyat

  • 49

“İmişli” Regional Elektrik Şəbəkəsi Müəssisəsi qışa hazırlığı tam başa çatdırmışdır

“İmişli” Regional Elektrik Şəbəkəsi Müəssisəsi qışa hazırlığı tam başa çatdırmışdır

"İmişli" Regional Elektrik Şəbəkəsi Müəssisəsində yerləşən bütün yarımstansiyalarda, transformator məntəqələrində və elektrikötürücü xətlərdə qış mövsümünə hazırlıq işləri başa çatmışdır.

"Azərenerji" ASC-dən AzərTAc-a bildirmişlər ki, elektrik avadanlığının səmərəliliyinin artırılması məqsədilə bir sıra əsaslı təmir və texniki təftiş işləri aparılmış, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin sabit və dayanıqlı işləməsi, istismar səviyyəsinin yüksəldilməsi istiqamətində tədbirlər həyata keçirilmişdir. O cümlədən, son üç ayda 330 kilovoltluq (kV) "İmişli", 110 kV-lik "Bəhrəmtəpə" Yeni Biləsuvar", "Böyük Harami" və digər yarımstansiyalarda yenidənqurma işləri aparılmışdır.

AzərTAc

Digər xəbərlər