PDF Oxu

İqtisadiyyat

  • 95

“Azərbaycan” İES üzrə texniki-iqtisadi göstəricilər qənaətbəxşdir

“Azərbaycan” İES üzrə texniki-iqtisadi göstəricilər qənaətbəxşdir

Cari ilin 11 ayında "Azərbaycan" İstilik Elektrik Stansiyasında (İES) 6 milyard 913,3 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal olunmuşdur. Ötən ay isə stansiyada elektrik enerjisinin istehsalı təxminən 708,9 milyon kilovat-saat təşkil etmişdir.

"Azərenerji" ASC-dən AzərTAc- bildirmişlər ki, həyata keçirilən müxtəlif profilaktik tədbirlər nəticəsində avadanlığın istismar səviyyəsi daha da yüksəlmişdir. Bu, elektrik stansiyasının digər texniki-iqtisadi göstəricilərində də müəyyən nailiyyətlərin əldə olunmasına imkan vermişdir. Hazırda stansiya dispetçer qrafikinə uyğun fəaliyyətini davam etdirir.

AzərTAc

Digər xəbərlər