Biləsuvarda taxılçılıq rayon iqtisadiyyatının əsasını təşkil edir. Bu il rayonda 27 min 105 hektar sahədən 7 min 205 ton yüksək keyfiyyətli məhsul əldə olunmuşdur. Hər hektarın məhsuldarlığı 26,6 sentner təşkil etmişdir.
AzərTAc xəbər verir ki, gələn ilin məhsulu üçün rayonda 23 min 728 hektar taxıl səpilmişdir. Bunun da 10 min 241 hektarı buğdadır.
Dövlət tərəfindən torpaq mülkiyyətçilərinə və fermerlərə əkdikləri hər hektara görə 80 manat subsidiya verilmiş, güzəştli qiymətlərlə mineral gübrələr satılmışdır. Bu da səpinin optimal müddətdə başa çatdırılmasına imkan yaratmışdır.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...