PDF Oxu

İqtisadiyyat

  • 74

“Statoil Azərbaycan iqtisadiyyatına sərmayə qoyur və layihədə öz payını satır”

“Statoil Azərbaycan iqtisadiyyatına sərmayə qoyur və layihədə öz payını satır”

Amerikada çıxan nüfuzlu "The Wall Street Journal" jurnalında "Statoil Azərbaycan iqtisadiyyatına sərmayə qoyur və layihədə öz payını satır" sərlövhəli məqalə dərc edilib.Məqalədə qeyd edilir ki, bu şirkət Xəzər dənizindəki nəhəng Şahdəniz qaz yatağının işlənməsinə dair konsorsiumdakı tərəfdaşları ilə birlikdə bu yatağın işlənməsinə sərmayə qoymağı qərara alıb.Bundan əlavə, şirkət Şahdəniz konsorsiumunda və Cənubi Qafqaz qaz kəməri layihəsində öz payını satacaq.Şahdəniz konsorsiumunun operatoru – bp şirkəti bu yatağı genişləndirəcək. Avropaya qaz kəməri çəkilişi 2018-ci ildə başa çatdırılacaq, elə həmin ildə Gürcüstana və Türkiyəyə, növbəti ildə isə Avropaya qaz nəqli başlanacaq.Statoil şirkəti Şahdəniz konsorsiumunda öz payının 10 faizini (hazırda onun payı 25,5 faizdir) və Cənubi Qafqaz qaz kəməri layihəsindəki payını 2014-cü il yanvarın 1-dən etibarən 1,45 milyard dollara ARDNŞ və bp şirkətlərinə satacaq.

sia/az

Digər xəbərlər