Bakıda "Kadr hazırlığı və əmək məhsuldarlığının yüksəldilməsində peşə standartların rolu" mövzusunda konfrans keçirilir. SİA-nın məlumatına görə, konfransda Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev, "Azərsun Holdinq" MMC-nin prezidenti Abdulbari Goozal, Dünya Bankının Azərbaycan üzrə meneceri Larisa Leşçenko, müxtəlif xarici və yerli şirkətlərin rəhbərləri və mətbuat nümayəndələri iştirak edir. Konfransı giriş nitqi ilə ilə açan Əmək və Əhalinin Sosail Müdafiəsi naziri Səlim Müslümov son illər Azərbaycanda kadr hazırlığından və əmək məhsuldarlığının yüksəldilməsi istiqamətində atılan addımlardan danışıb: "Peşə standartlarının hazırlanması (DİOS) layihəsi üzrə aparılan işlər davam etdiriləcək. Bununla kifayətlənməyəcəyik və daha sonra onları Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasına təqdim edəcəyik. Bununla bağlı Konfederasiyanın da ideyaları nəzərə alınacaq. Hesab edirəm ki, peşə standartlarını qavrayan işçilərə sertifikatlar verilməlidir. Bu işi isə akkreditasiyadan keçmiş orqanın etməsi daha məqsədəuyğundur".Daha sonra çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev ölkəmizdə sosial problemlərin həlli istiqamətində atılan çox mühüm addımların əhəmiyyətindən danışıb: "Ona görə də ölkəmizdə yoxsulluğun səviyyəsi 49 faizdən 8 faizə enib. Bu günədək 200-ə qədər peşə standartı hazırlanıb. Peşə standartlarının hazırlanması ölkədə ciddi təhlil olunmalıdır. Aqrar sahənin inkişafı üçün addımlar atılmalı, peşə sahəsində lisey, kolleclərin yaradılması təhlil olunmalıdır. Peşə bacarıqları sertifikatlaşdırılmalıdır".S.Mehbalıyev bölgələrdə peşə standartları ilə bağlı dövlət tərəfindən həyata keçirilən əhəmiyyətli layihələrdən də danışaraq gənclərimizin xaricdə təhsil almasını təhsilimizin böyük uğuru kimi qiymətləndirib: "Gənclərimizin dünyanın müxtəlif ölkələrdə təhsil alması və bu sayın ilbəil artması Azərbaycan təhsil sisteminin inkişafının göstəricisidir. Xatırladım ki, bu siyasətin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub".Konfrans çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, "Azersun Holding" və "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC arasında işçi qüvvəsinə olan tələb və təkliflə bağlı operativ məlumat mübadiləsinin aparılması, peşə və kvalifikasiya standartlarının hazırlanması və tətbiqi, həssas əhali qruplarının məşğulluğuna kömək göstərilməsi sahəsində müvafiq tədbirlərin həyata keçirilməsi üzrə əməkdaşlıq memorandumu imzalanıb.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...