PDF Oxu

İqtisadiyyat

  • 84

Elmira Axundova: “Kimsəsiz uşaqlara mənzil verilməsi məsələsi qaldırılacaq”

Elmira Axundova: “Kimsəsiz uşaqlara mənzil verilməsi məsələsi qaldırılacaq”

"Valideyn himayəsindən məhrum olmuş uşaqlara dövlət hər zaman diqqət və qayğı göstərir". SİA- ya açıqlamasında millət vəkili Elmira Axundova belə deyib.Onun sözlərinə görə, tamamilə valideyn himayəsindən məhrum olmuş uşaqlara ev verilməlidir: "Çünki, həmin uşaqların himayəyə və qayğıya hər zaman ehtiyacı var. Milli Məclisdə belə bir məsələnin qaldırılması diqqətə layiqdir. Yəni, dövlətin də dəstəyi ilə hər tikilən binada bir və ya iki mənzil valideyn himayəsindən məhrum olan uşaqlara verilsin. Bu qanun qəbul edilərsə, uşaq evindən sonra kimsəsiz qalan, arzuolunmaz tale yaşayan gənclərin sayının azaldılmasına xidmət edəcək. Məsələdə qanunvericiliyin bütün tərəfləri nəzərə alınacaq".Elmira Axundova onu da qeyd edib ki, valideyn himayəsindən məhrum olmuşlar uşaq evlərində 18 yaşına qədər yaşayır və oradan çıxandan sonra köməksiz qalır, küçə sakininə çevrilirlər ki, bu da arzuolunmaz hallara gətirib çıxarır: "Bu təşəbbüsü dəstəkləyirəm və belə bir qanun qüvvəyə minərsə, şad olaram".

sia,az

Digər xəbərlər