"Bugünlərdə Azərbaycanla bir neçə Avropa ölkəsi arasında "Şahdəni-2" layihəsi üzrə imzalanmış saziş çox mühüm əhəmiyyət kəsb edir". Bu fikri Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyib.
V.Əhmədov bildirib ki, XX əsrdə Ulu öndər Heydər Əliyev tərəfindən "Əsrin müqaviləsi" imzalanmışdısa, XXI əsrdə də ölkə Prezidenti İlham Əliyev tərəfindən əsrin qaz kontraktı imzalanıb. Onun fikrincə, bu saziş Azərbaycanın müstəqilliyinin, təhlükəsizliyinin gücləndirilməsində də vacib rol oynayacaq.
"Bu kontrakt yalnız iqtisadi yox, həm də bir siyasi müqavilədir. Azərbaycanın dövlət başçısı sonuncu seçkilərdə qələbəsindən sonra inaqurasiya mərasimindəki çıxışında Azərbaycanın Avropaya inteqrasiyasının xüsusi bir xətt olduğunu diqqətə çatdırdı. Bu layihə bir də ona görə önəmlidir ki, Xəzər dənizinin statusu müəyyən olunmasa belə onun karbohidrogen ehtiyatlarından dövlət başçımızın apardığı uğurlu xarici siyasət nəticəsində çox gözəl istifadə edilir. 1.2 trilyon kubmetr qaz ehtiyatı olan "Şahdəniz-2" yatağının 7 mühüm neft şirkəti ilə birgə bu kontrakta imza atılması Azərbaycanın müstəqilliyi və gələcək inkişafı üçün əsas amillərdən biridir. Azərbaycanın dövlət başçısı cənab İlham Əliyevin apardığı uğurlu siyasət, Avropaya inteqrasiya xəttinin əsas götürülməsi alqışa layiqdir"- deyə, deputat qeyd edib.
yap.org.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...