Dekabrın 23-də Yevlax rayonunun daha bir kəndinə təbii qaz verilmişdir.
Bu münasibətlə keçirilmiş tədbirdə "Azəriqaz" İstehsalat Birliyinin (İB) və rayon icra hakimiyyətinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.
İB-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, mərasimdə 436 abonenti olan kəndin təbii qazla təchiz olunması üçün birpilləli sistem əsasında ümumi uzunluğu təxminən 24,9 kilometr uzunluğunda müxtəlif diametrli polad borularla daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkildiyi, 436 sayğac və fərdi tənzimləyicinin quraşdırıldığı vurğulanmışdır.
Tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri kəndin təbii qazla təchiz olunmasına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...