PDF Oxu

İqtisadiyyat

  • 66

“Azerspace-1”in istismarından 10 milyon ABŞ dolları həcmində gəlir əldə olunmuşdur

“Azerspace-1”in istismarından 10 milyon ABŞ dolları həcmində gəlir əldə olunmuşdur

Azərbaycanın ilk süni peyki "Azerspace-1"in istismarından əldə olunan gəlirlər artmaqda davam edir.

AzərTAc xəbər verir ki, bu sözləri rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə açıqlamasında demişdir.

Nazir bildirmişdir ki, təkcə bu ilin 6 ayında əsas fəaliyyətdən təxminən 10 milyon ABŞ dolları həcmində gəlir əldə olunmuşdur.

"Azerspace-1" peykinin gəlirləri artan xətt üzrə inkişaf edir. Bu peykin istismarında əsasən Şimali Afrika, Mərkəzi Asiya və Şərqi Avropa ölkələri maraqlıdır.

AzərTAc

Digər xəbərlər