Ağsu rayonunda cari ildə kənd təsərrüfatı məhsulları istehsalı 8 faiz artmışdır.
Rayon statistika idarəsindən AzərTAc-a bildirmişlər ki, cari ildə 68 milyon 947 min manatdan çox kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur. Bu göstərici ötən illə müqayisədə 5,3 milyon manat çoxdur.
Məhsulların 35 milyon 853 min manatı bitkiçilik, 33,1 milyon manatı isə heyvandarlıq sahəsindən əldə edilmişdir.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...