Bu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında 2 milyard 34 milyon 737 min 800 manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunmuşdur. Bu, 2012-ci ilin eyni dövrü ilə müqayisədə 8,6 faiz çoxdur.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən AzərTAc-a bildirmişlər ki, ümumi daxili məhsulun sahə strukturunda ilk yeri sənaye sahəsi tutmaqdadır.
Bir nəfərə düşən ÜDM-in həcmi 2012-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 7,4 faiz artaraq 4719,9 manata (6015,7 ABS dollarına) çatmışdır.
Cari ilin yanvar-noyabr aylarında muxtar respublikada 794 milyon 484 min 800 manatlıq sənaye məhsulu istehsal edilmişdir. Bu da ötən ilin müvafiq dövründəki göstəricidən 6,1 faiz çoxdur.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...