PDF Oxu

İqtisadiyyat

  • 90

Qobustan taxılçıları gələn ilin bol məhsulu üçün yaxşı zəmin yaratmışlar

Qobustan taxılçıları gələn ilin bol məhsulu üçün yaxşı zəmin yaratmışlar

Qobustan taxılçıları payızlıq əkin kampaniyasını yüksək aqrotexniki tələblər səviyyəsində başa çatdırmış gələn ilin bol məhsulu üçün möhkəm zəmin yaratmışlar.

Rayon icra hakimiyyətinin aqrar şöbəsindən AzərTAc-a bildirmişlər ki, cari mövsümdə 28 min 444 hektar sahədə payızlıq taxıl əkilmişdir. Əkin sahələri ötən ilkindən 293 hektar çoxdur. Əkin kampaniyasında 200 hektardan çox sahədə elit, qalan sahələrdə isə I və II reproduksiyalı toxumlardan istifadə edilmişdir. Rayonda fəaliyyət göstərən 12 toxumçuluq təsərrüfatı payız əkinlərini yüksək keyfiyyətlə başa çatdırmışlar. Bu təsərrüfatlar bölgədə toxuma olan tələbatı tamamilə ödəyirlər. Təkcə cari ildə 5 min ton toxum istehsal olunmuşdur ki, bunun ehtiyacdan artıq olan min tonu qonşu rayonlara satılmışdır.

Hazırda hər yerdə əkin sahələrinin zərərvericilərdən mühafizəsi məqsədilə tədbirlər görülür.

AzərTAc

Digər xəbərlər