PDF Oxu

İqtisadiyyat

  • 66

Buzovna-Mərdəkan-Qala avtomobil yolunun tikintisi davam edir

Buzovna-Mərdəkan-Qala avtomobil yolunun tikintisi davam edir

Ümumi uzunluğu 12,1km olan Buzovna-Mərdəkan-Qala avtomobil yolunda 2-ci mərhələ üzrə işlər davam etdirilir. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, 4 hərəkət zolağı üçün nəzərdə tutulan yolda ərazi boyu dəmir yolunun yatağı təmizlənib və genişləndirilib. Hazırda torpaq yatağı və kommunikasiya xətlərinin köçürülməsi üçün keçidlər tikilir. Həyata keçirilən işlər 10,5-11,3 və 7,6-12,1-cü kilometrlik sahələri əhatə edir.Qeyd edək ki, sözügedən yolun 7,6 km hissəsi 26 may 2013-cü ildə ölkə başçısı İlham Əliyevin iştirakı ilə istismara verilib.

sia.az

Digər xəbərlər