Dekabrın 27-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Yaponiyanın Azərbaycanda yeni təyin olunmuş səfiri Tsuquo Takahaşi ilə görüşmüşdür.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycan və Yaponiya arasında iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin genişləndirilməsi, o cümlədən metallurgiya və sənaye parkları sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilmişdir.
Görüşdə, həmçinin Azərbaycanın kənd təsərrüfatı və turizm sahələrində də geniş imkanlara malik olduğu vurğulanmış, bu sahələrdə qarşılıqlı əlaqələrin inkişafı, eləcə də Azərbaycan məhsullarının Yaponiya bazarına ixrac imkanları diqqətə çatdırılmışdır.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...