PDF Oxu

İqtisadiyyat

  • 60

Göyçayda 15 min 254 hektar sahədə taxıl səpini aparılmışdır

Göyçayda 15 min 254 hektar sahədə taxıl səpini aparılmışdır

Göyçay rayonunun fermerləri və torpaq mülkiyyətçiləri taxıl səpini kampaniyasını başa çatdırmışlar.

Rayon icra hakimiyyətinin aqrar şöbəsindən AzərTAc-a bildirmişlər ki, Göyçayda gələn ilin məhsulu üçün 15 min 254 hektar sahədə taxıl səpilmişdir. Bunun 8467 hektarını buğda, 6787 hektarını isə arpa sahələri təşkil etmişdir.

Bu il rayonda taxıl səpinində əsasən "Elit", "Əzəmətli-95" toxumlarından istifadə olunmuşdur.

Səpindən əvvəl taxıl sahələrində müxtəlif bakterial xəstəliklərə qarşı kimyəvi dərmanlama işləri aparılmışdır.

AzərTAc

Digər xəbərlər