PDF Oxu

İqtisadiyyat

  • 62

Xətai rayonunda təşkil olunmuş kənd təsərrüfatı məhsullarının satış yarmarkasında alıcılar və satıcılar üçün hər cür şərait yaradılmışdır

Xətai rayonunda təşkil olunmuş kənd təsərrüfatı məhsullarının satış yarmarkasında alıcılar və satıcılar üçün hər cür şərait yaradılmışdır

Dekabrın 28-də Xətai rayonunda, "Bakı" kinoteatrının yaxınlığındakı yarmarkaya Salyan, Biləsuvar, Qax, Şəmkir, Kürdəmir, Quba, Astara və digər rayonlardan 400 tona yaxın çox müxtəlif kənd təsərrüfatı məhsulları gətirilmişdir.

Yarmarkada nümunəvi səliqə-sahman, fermerlərə və digər torpaq mülkiyyətçilərinə, eyni zamanda, buraya bazarlıq etməyə gələn paytaxt sakinlərinə əlverişli şəraitin yaradılması diqqəti daha çox cəlb etmişdir. Yarmarkanın yüksək səviyyədə keçirilməsi üçün bütün şərait yaradılmışdır. Nəzarət tərəzisi qoyulmuş, lövhələrdə qiymətlərin bazardakılarla müqayisəsi göstərilmişdir.

Kənd təsərrüfatı naziri Heydər Əsədov yarmarkaya gələrək burada satıcılar və alıcılar üçün yaradılmış şəraitlə tanış olmuş, məhsulların keyfiyyəti, paytaxt sakinlərinin rəy və təklifləri ilə maraqlanmışdır.

Qeyd edək ki, Yeni il bayramı ərəfəsində əhalinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə Bakının müxtəlif yerlərində satış yarmarkaları təşkil olunmuşdur.

AzərTAc

Digər xəbərlər