Gürcüstan Milli Statistika Xidmətindən verilən məlumata görə, 2013-cü ilin yanvar-noyabr aylarında Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi 1,19 milyard dollar təşkil etmişdir ki, bu, ölkənin ümumi xarici ticarət dövriyyəsinin 12,3 faizinə bərabərdir. Hesabatda o da qeyd olunmuşdur ki, keçən ilin eyni dövrü ilə müqayisədə iki ölkə arasında ticarət dövriyyəsi 3,48 faiz artmışdır.
Azərbaycanın Türkiyədən sonra (1,37 milyard dollar) Gürcüstanın ticarət partnyorları arasında ikinci yeri tutduğu bildirilmişdir. Üçüncü yerdə isə Ukraynadır (724,01 milyon dollar).
yap.org.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...