PDF Oxu

İqtisadiyyat

  • 21

Dəmir yolu nəqliyyatı ilə yük daşınma 0,4% artıb

Dəmir yolu nəqliyyatı ilə yük daşınma 0,4% artıb

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanın dəmir yolu nəqliyyatı ilə yük daşınması 21,3 mln. ton olub. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,4% çoxdur. Orta hesabla sutkada 672 vaqon yüklənib, 594 vaqon boşaldılıb.Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 24,8 min ton, Qərb istiqaməti üzrə 6,4 min ton və Cənub istiqaməti üzrə 5,9 min ton yüklənmə işi yerinə yetirilib.

yap.org.az

Digər xəbərlər