PDF Oxu

İqtisadiyyat

  • 23

Keçən il icbari sığortaya cəlb olunan avtonəqliyyat vasitələrinin sayı 911,9 mindən çox olmuşdur

Keçən il icbari sığortaya cəlb olunan avtonəqliyyat vasitələrinin sayı 911,9 mindən çox olmuşdur

Ötən ilin dekabr ayı ərzində 55,8 min avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsi bağlanmışdır.

İcbari Sığorta Bürosundan AzərTAc-a bildirmişlər ki, bunların 19,8 minə qədərini xarici ölkədə qeydiyyata alınmış və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil etmişdir. Göstərilən dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 3,9 milyon manatdan çox olmuşdur.

Ümumilikdə 2013-cü il ərzində "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" üzrə 911,9 mindən çox sığorta müqaviləsi bağlanmışdır. Müqavilələr üzrə daxil olan sığorta haqlarının məbləği 69,3 milyon manat təşkil etmişdir.

AzərTAc

Digər xəbərlər