Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) marketinq və iqtisadi əməliyyatlar idarəsi 2013-cü ilin dekabr ayında 52 ton avtomobil benzini, 75 min 612 ton dizel yanacağı və 15 min 387 ton təyyarə yanacağı ixrac etmişdir.
ARDNŞ-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, ümumilikdə, 2013-cü ilin yanvar-dekabr ayları ərzində 14 min 250 ton avtomobil benzini, 899 min 905 ton dizel yanacağı, 131 min 322 ton təyyarə yanacağı və 657 ton soba mazutu ixrac edilmişdir.
Ötən ilin dekabrında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) 952,36 dollar, təyyarə yanacağının qiyməti 985,19 dollar, dizel yanacağının dəyəri 928,71 dollar, 1 faizli kükürdlü mazutun qiyməti 615,78 dollar təşkil etmişdir.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...