Ötən ilin payızında Qax rayonunun taxılçılıq təsərrüfatlarında 12 min 421 hektar sahədə taxıl səpini aparılmışdır. Bu göstərici 2012-ci illə müqayisədə 223 hektar çoxdur. Taxıl sahələrinin 7 min 281 hektarını buğda, 5 min 140 hektarını isə arpa sahələri təşkil edir. Bundan əlavə, 585 hektar sahəyə xəsil əkilmişdir. 2013-cü ildə Qax taxılçıları 12 min 198 hektar sahədən 24 min 508 ton məhsul əldə etmişlər.
AzərTAc xəbər verir ki, hazırda təsərrüfatlarda taxıl sahələrinə aqrotexniki qulluq göstərilir, gəmiricilərə və ziyanvericilərə qarşı kimyəvi mübarizə tədbirləri aparılır, sahələr suvarılır. Fevral-mart aylarında isə sahələrə gübrə veriləcəkdir.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...