PDF Oxu

İqtisadiyyat

  • 20

Paytaxtda avtomobil sıxlığının azaldılması üçün yeni yolun salınması layihəsi hazırlanmışdır

Paytaxtda avtomobil sıxlığının azaldılması üçün yeni yolun salınması layihəsi hazırlanmışdır

Paytaxtda avtomobil sıxlığının azaldılması üçün yeni yolun salınması layihəsi hazırlanmışdır.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Heydər Əliyev prospektinə paralel olacaq yol başlanğıcını Həsən Əliyev küçəsinin sonundan götürməklə Olimpiya stadionunadək uzanacaqdır. Yol boyu tunellərin, yol ötürücülərinin, piyada keçidləri və körpülərinin tikintisi nəzərdə tutulmuşdur.

Artıq stadionun ətrafında tikintiyə maneə törədəcək obyektlərin söküntüsü başa çatdırılmışdır. Kommunikasiya xətlərinin (qaz, su, elektrik) köçürülməsi işləri isə davam etdirilir.

Yeni yol istismara verildikdən sonra Heydər Əliyev prospektində avtomobillərin sıxlığı azalmaqla yanaşı, Bakı şəhərinin mərkəzindən Olimpiya stadionuna maneəsiz, tıxacsız, sürətli hərəkətin təmin edilməsinə şərait yaranacaqdır.

AzərTAc

Digər xəbərlər