Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) marketinq və iqtisadi əməliyyatlar idarəsi 2013-cü ilin dekabrında Novorossiysk limanından 169 min 363 ton, Supsa limanından 242 min 218 ton, Ceyhan limanından 1 milyon 467 min 84 ton xam neft ixrac etmişdir.
ARDNŞ-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, ümumilikdə ötən ilin yanvar-dekabr ayları ərzində Novorossiysk limanından 1 milyon 751 min 23 ton, Supsa limanından 2 milyon 725 min 950 ton, Ceyhan limanından isə 19 milyon 748 min 27 ton xam neft ixrac edilmişdir.
ARDNŞ-in marketinq və iqtisadi əməliyyatlar idarəsi tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də ARDNŞ-ə məxsus xam neft həcmlərini əks etdirir.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...