PDF Oxu

İqtisadiyyat

  • 21

Ağdaşda meyvə-tərəvəz və bostan məhsullarının istehsalı xeyli artmışdır

Ağdaşda meyvə-tərəvəz və bostan məhsullarının istehsalı xeyli artmışdır

Ağdaş rayonunda meyvə-tərəvəz və bostan məhsullarının istehsalı ildə-ilə artır.

Rayon statistika idarəsindən AzərTAc-a bildirmişlər ki, 2013-cü ildə fermerlər və fərdi təsərrüfat sahibləri 1485 hektar meyvə bağından 23 min 200 ton məhsul toplamışlar.

Həmçinin hesabat ilində rayonda 120 hektar sahədən 2965 ton üzüm, 4416 hektar sahədən 68 min 545 ton tərəvəz, 1204 hektar sahədən 17 min 736 ton kartof, 1531 hektar sahədən 23 min 557 ton bostan məhsulları, 134 hektar sahədən 404 ton lobya, 1481 hektar sahədən 3066 ton çəltik, 1343 hektar sahədən 8761 ton qarğıdalı istehsal edilmişdir. Əvvəlki illə müqayisədə 2013-cü ildə rayonda əkin sahələrinin genişləndirilməsi və düzgün aqrotexniki qulluq hesabına meyvə istehsalı 231 ton, tərəvəz istehsalı 133 ton, kartof istehsalı 306 ton, bostan məhsulları istehsalı 506 ton, qarğıdalı istehsalı 198 ton, çəltik istehsalı 791 ton, lobya istehsalı 27 ton, üzüm istehsalı 129 ton artmışdır.

AzərTAc

Digər xəbərlər