Ölkə üzrə qazlaşdırmanın səviyyəsi 95 faizə çatdırılacaqdır.
AzərTAc xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı yekun nitqində demişdir.
Dövlətimizin başçısı bildirmişdir ki, qazlaşdırma ilə bağlı olan layihələr davam etdirilir. Mənə mütəmadi qaydada məlumatlar verilir. Demək olar ki, hər ay bir neçə kənddə qazlaşdırma işləri başa çatır, Bakıda 96 faizə çatmışdır. Yaxın aylarda əminəm ki, yüz faiz olacaqdır. Bütövlükdə ölkə üzrə qazlaşdırmanın səviyyəsini 95 faizə çatdırmalıyıq və biz növbəti illərdə buna nail olacağıq.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...