PDF Oxu

İqtisadiyyat

  • 25

Ötən il Bərdədə 246 nəfərin məşğulluğu təmin edilmişdir

Ötən il Bərdədə 246 nəfərin məşğulluğu təmin edilmişdir

Bərdə rayonunda işsiz vətəndaşların məşğulluğunun təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Rayon məşğulluq mərkəzindən AzərTAc-a bildirmişlər ki, 2013-cü ildə mərkəzə müraciət edən 717 nəfər iş axtarandan 246-sı idarə, müəssisə və təşkilatlarda işlə təmin edilmişdir. Bu dövrdə 96 nəfər peşə hazırlığı kurslarına göndərilmiş, 15 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilmiş, 35 nəfərə işsiz statusu verilmiş, 45 nəfərə isə işsizlik müavinəti ödənilmişdir.

Sentyabrın 12-də əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə keçirilən "Əmək yarmarkası"nda 96 nəfər işaxtaran vətəndaşa göndəriş verilmiş, onlardan 82-si işlə təmin olunmuşdur.

AzərTAc

Digər xəbərlər