PDF Oxu

İqtisadiyyat

  • 22

Ağdaş və Göyçay elektrik şəbəkələri üçün nəzərdə tutulmuş tədbirlərin icrası başa çatmışdır

Ağdaş və Göyçay elektrik şəbəkələri üçün nəzərdə tutulmuş tədbirlərin icrası başa çatmışdır

"Qəbələ" Regional Elektrik Şəbəkəsi (REŞ) MMC-nin tərkibindəki Ağdaş və Göyçay elektrik şəbəkələri üçün nəzərdə tutulmuş tədbirlərin icrası başa çatmışdır. Hazırda istehlakçılar fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunurlar.

"Azərenerji" ASC-dən AzərTAc-a bildirmişlər ki, ötən aylar ərzində Ağdaş EŞ şəbəkəsi üzrə bütün 110 kilovoltluq və 35 kilovoltluq yarımstansiyalarda, 46 transformator məntəqəsində əsaslı və cari təmir işləri aparılmışdır. Kənd yaşayış məntəqələrində də müxtəlif gücə malik transformatorlar əsaslı təmir olunmuş, yeni tikilmiş məktəblərin enerji təchizatı təmin edilmişdir.

Analoji işlər "Göyçay" EŞ Müəssisəsində də davam etdirilmişdir. Burada elektrik enerjisi istifadəçiləri fasiləsiz, dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilmiş, istehlak olunan enerji haqqının toplanması istiqamətində təşkilati və texniki tədbirlər həyata keçirilmişdir. Qəza və imtina hallarının minimuma endirilməsi üçün təmir-profilaktika işi gücləndirilmişdir.

AzərTAc

Digər xəbərlər