PDF Oxu

İqtisadiyyat

  • 25

Ötən il Zaqatalada 155 hektar sahədə yeni meyvə bağları salınmışdır

Ötən il Zaqatalada 155 hektar sahədə yeni meyvə bağları salınmışdır

Zaqatala rayonunda meyvəçiliyin, xüsusilə fındıqçılığın inkişaf etdirilməsi üçün əlverişli iqlim şəraiti mövcuddur. Təsadüfi deyildir ki, rayonda bu sahəyə maraq ildən-ilə artır.

Təkcə 2013-cü ildə Zaqatalada 155 hektar sahədə yeni meyvə bağları salınmışdır.

Rayon icra hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, hazırda rayon ərazisində 11 min 437 hektar meyvə bağları vardır. Bu bağların 9 min 418 hektarını fındıq bağları təşkil edir. Mövcud bağların 10 min 67 hektarı barverəndir. Ötən il rayonda 27 min 743 ton meyvə istehsal olunmuş, o cümlədən fındıq bağlarından 9 min 895 ton məhsul götürülmüşdür. Əvvəlki illə müqayisədə meyvə istehsalı 579 ton, o cümlədən fındıq istehsalı 435 ton artmışdır.

AzərTAc

Digər xəbərlər