PDF Oxu

İqtisadiyyat

  • 23

Kürdəmir şəhərində fəvvarələr meydanı tikilir

Kürdəmir şəhərində fəvvarələr meydanı tikilir

Kürdəmir şəhərindəki dəmiryol vağzalının qarşısında, Heydər Əliyev prospektinin başlanğıcında yeni fəvvarələr meydanı tikilir.

Rayon icra hakimiyyətinin tikinti və memarlıq şöbəsindən AzərTAc-a bildirmişlər ki, fəvvarələr meydanı 4500 kvadratmetr ərazini əhatə edəcək və burada 3 fəvvarə qurulacaqdır. Şəhərin mərkəzində gözəl istirahət güşəsinə çevriləcək meydan əraziyə xüsusi yaraşıq verəcəkdir. Ətrafdakı bütün binalar yenidən qurulacaqdır.

Fəvvarələr meydanı daxili imkanlar hesabına, yerli inşaatçıların qüvvəsi ilə tikilir. Meydanın Novruz bayramınadək istifadəyə verilməsi nəzərdə tutulmuşdur.

AzərTAc

Digər xəbərlər