ABŞ-ın Ayova ştatında nəşr olunan "Cascade Pioneer" qəzeti "Redaktora məktub: Qanlı Yanvarı unutmayın" sərlövhəli məqalə dərc etmişdir.
Bu ştatda yaşayan azərbaycanlı Aqşin Tağıyev tərəfindən yazılmış məqalədə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanın paytaxtında baş vermiş faciədən, Sovet qoşunlarının Bakıya soxularaq şəhərin dinc əhalisinə divan tutmasından bəhs olunur.
Materialda bu cinayət nəticəsində həlak olmuş və yaralanmış vətəndaşların sayı barədə statistik rəqəmlər göstərilir. Həmçinin dinc əhalini qırmaq məqsədilə onlara qarşı görünməmiş vəhşilik törədildiyi barədə "Human Rights Watch" hüquq müdafiə təşkilatının dəlilləri göstərilir. Müəllif yazır ki, Sovet qoşunları Haaqa Konvensiyası tərəfindən qadağan olunmuş güllələrdən istifadə etmişlər. Bu qanlı hadisələr Azərbaycanın müstəqilliyə nail olmaq əzmini təsdiqləmişdir. 1991-ci ilin oktyabrında Azərbaycan öz müstəqilliyini bərpa etmişdir.
Material Azərbaycan–Amerika Şurası (AAŞ) və Amerikanın Azərbaycan Cəmiyyəti (AAC) tərəfindən keçirilən kampaniya çərçivəsində dərc olunmuşdur.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...