Dünya bazarlarında neftin qiyməti aşağı düşmüşdür.
Nyu-Yorkun NYMEX ("New York Merchantile Exchange") birjasında "Layt" markalı neftin bir barelinin qiyməti 0,92 dollar ucuzlaşaraq 91,80 dollar, Londonun İCE ("İnterContinental Exchange Futures") birjasında isə "Brent" markalı neftin bir bareli 0,50 dollar aşağı düşərək 106,75 dollar olmuşdur.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsindən AzərTAc-a bildirmişlər ki, "AzəriLayt" markalı neftin bir barelinin qiyməti London birjasında 1,09 dollar bahalaşaraq 110,09 dollara satılmışdır.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...