PDF Oxu

İqtisadiyyat

  • 33

Təbii qazla təmin olunan abonentlərin sayı 1 milyon 648 minə çatmışdır

Təbii qazla təmin olunan abonentlərin sayı 1 milyon 648 minə çatmışdır

"Azəriqaz" İstehsalat Birliyi (İB) tərəfindən istehlakçıların təbii qazla fasiləsiz təchiz edilməsi istiqamətində görülən işlərin nəticəsi olaraq, bu ilin yanvarın 1-nə olan məlumata görə, ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1647906-a çatmışdır.

İB-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, onların 19830-u qeyri-əhali abonentidir. İndiyədək təbii qazla təmin olunmuş 1579085 əhali abonentindən əlavə, 2013-cü ilin sentyabr-dekabr aylarında çoxmərtəbəli və yüksək mərtəbəli yaşayış binalarında, həmçinin fərdi qaydada qazlaşmış mənzillərdə 48991 əhali abonenti qeydiyyata alınmışdır. Ümumilikdə, yanvarın 1-nə mövcud olan 1628076 əhali abonentindən 167536-sı ötən il ərzində qeydiyyata alınmış yeni abonentdir. Onların 57708-i Bakı, Abşeron və Sumqayıt, 109828-i isə digər regionların payına düşür. Təkcə 2013-cü ilin dekabr ayında 22294 yeni abonent qeydiyyata alınmışdır. Bunun 10 279-u Bakı, Abşeron və Sumqayıt, 12015-i isə digər regionlara aiddir. Yeni əhali abonentlərinin sayının artmasında ötən il qazlaşdırılmış və qaz təminatı bərpa olunmuş 217 yaşayış məntəqəsi də mühüm paya malikdir.

Ümumiyyətlə, abonentlərin 701645-i Bakı şəhəri (691 448 əhali, 10 197 qeyri-əhali abonenti), 946261-i isə digər regionların (936 628 əhali, 9 633 qeyri-əhali abonenti) payına düşür.

AzərTAc

Digər xəbərlər