Prezident İlham Əliyevin "Tərtər rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" 2013-cü il 31 iyul tarixli Sərəncamına uyğun olaraq Tərtər rayonu ərazisində 4 yaşayış məntəqəsini birləşdirən Cəmilli-Dəmirçilər avtomobil yolunun tikintisi davam etdirilir.
AzərTAc xəbər verir ki, uzunluğu 13 kilometr olan yolun 12 kilometrində yol yatağı işlənib hazırlanmış, 40-dək müxtəlif diametrli su ötürücüləri qoyulmuş, asfalt örtüyü salınmışdır. Yolun eni çiyinlərlə birlikdə 10 metr, asfalt örtüyünün qalınlığı 11 santimetrdir. Avtomobil yolunda tikinti işləri başa çatmaq üzrədir.
Avtomobil yolunun yenidən qurulması ilə Tərtər rayonunun cəbhə xəttində yerləşən Cəmilli, Təzəkənd, Bala Kəngərli və Dəmirçilər kəndlərinin 5 mindən çox sakininin qonşu kəndlərə və rayon mərkəzinə rahat gediş-gəlişi təmin ediləcəkdir.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...