PDF Oxu

İqtisadiyyat

  • 31

Ötən il “Azəriqaz” İB-də yığım səviyyəsi yüksək olmuşdur

Ötən il “Azəriqaz” İB-də yığım səviyyəsi yüksək olmuşdur

2013-cü il ərzində "Azəriqaz" İstehsalat Birliyində (İB) əhali sektoru üzrə 2201571619 kubmetr həcmində təbii qaz satılmış və bunun əvəzində 101,98 faiz vəsait toplanmışdır.

İB-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, vəsaitin toplanmasındakı yüksək faiz göstəricisi 2012-2013-cü illərin payız-qış mövsümündə tələbatın artması ilə əlaqədar əhaliyə satılan qazın həcminin çoxalması və bu səbəbdən istehlak edilmiş qazın dəyərinin abonentlər tərəfindən tam ödənilməməsi ilə bağlıdır. Həmin dövrdə yaranmış debitor borclar 2013-cü ilin yaz-yay mövsümündən başlayaraq abonentlər tərəfindən ödənilməkdədir.

Güzəştsiz əhali kateqoriyası üzrə 2013-cü il yanvarın 1-nə mövcud olan debitor borc il ərzində 7,2 faiz azalmışdır. Yığım faizi isə 102,9 faiz təşkil etmişdir. Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhəri üzrə, ümumilikdə, bu rəqəm 104 faiz, regionlar üzrə isə 101,9 faiz olmuşdur. Ölkə üzrə ən yüksək yığım faizi Xızı rayonunda qeydə alınmışdır - 121,44 faiz. Bakı şəhərinin rayonları arasında ən yüksək göstərici Sabunçuda olmuşdur - 107,33 faiz.

Qeyd etmək lazımdır ki, 2014-cü il yanvarın 1-ə olan məlumata görə, əhali sektoru üzrə 110686 məcburi köçkün ailəsi fasiləsiz təbii qazla təmin olunur.

AzərTAc

Digər xəbərlər