PDF Oxu

İqtisadiyyat

  • 17

Bibiheybət qəsəbəsindəki mədəniyyət evində əsaslı təmir işləri aparılmışdır

Bibiheybət qəsəbəsindəki mədəniyyət evində əsaslı təmir işləri aparılmışdır

Ölkə rəhbərliyi tərəfindən Bakı şəhəri və onun qəsəbələrinə olan diqqət və qayğının artırılması nəticəsində Səbail rayonunda, həmçinin şəhərimizin ən qədim yaşayış məntəqələrindən olan Bibiheybət qəsəbəsində bir sıra işlər həyata keçirilmişdir.

Rayon icra hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" və həmin Proqrama Əlavə Tədbirlər Planının icrası ilə bağlı qəsəbədə mədəniyyət evi və kitabxanada əsaslı təmir-möhkəmləndirmə işləri aparılmış, burada əlavə sahə tikilmiş, istilik sistemi qurulmuşdur.

Qəsəbədəki 70 nömrəli uşaq bağçası üçün iki mərtəbəli, 1 musiqi zalı və 3 yardımçı otağı olan əlavə korpus tikilmiş, bağçanın köhnə binası əsaslı təmir edilərək lazımi ləvazimatlarla təchiz olunmuşdur.

Rayon icra hakimiyyəti başçısının qəsəbədə apardığı açıq qəbul zamanı sakinlərin müraciəti nəzərə alınaraq qəsəbədə yeni poçt məntəqəsi yaradılmışdır.

AzərTAc

Digər xəbərlər