PDF Oxu

İqtisadiyyat

  • 29

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 3% artıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 3% artıb

Ötən il Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 34,687 mlrd. ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsindən SİA-ya verilən məlumata görə, bu, 2012-ci ilə nisbətən 3,4% çoxdur.Ötən il ərzində idxal əməliyyatlarının həcmi 10,712 mlrd. dollar olub ki, bu da 2012-ci ilə nisbətən 11,0% çoxdur. Eyni zamanda ixrac əməliyyatların həcmi 23,975 mlrd. dollar təşkil edib ki, bu da 2012-ci ilə nisbətən 0,3% artım deməkdir.Qeyd edək ki, Azərbaycanın xarici ticarət saldosu illik müqayisədə 6,8% azalaraq 13,287 mlrd. dollar təşkil edib.

sia.az

Digər xəbərlər