Dünya bazarlarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişmişdir.
Nyu-Yorkun NYMEX ("New York Merchantile Exchange") birjasında "Layt" markalı neftin bir barelinin qiyməti 0,59 dollar bahalaşaraq 97,32 dollar, Londonun İCE ("İnterContinental Exchange Futures") birjasında isə "Brent" markalı neftin bir bareli 0,69 dollar ucuzlaşaraq 107,58 dollar olmuşdur.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsindən AzərTAc-a bildirmişlər ki, "AzəriLayt" markalı neftin bir barelinin qiyməti London birjasında 0,12 dollar enərək 111,82 dollara satılmışdır.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...