Ötən il "Balakən" Elektrik Şəbəkəsi (EŞ) Müəssisəsi üzrə istehlak edilmiş elektrik enerjisinin miqdarı 43,4 milyon kilovat-saata yaxın olmuşdur. Bunun da 26,8 milyon kilovat-saatdan çoxu daimi əhali qrupuna aiddir. Əvvəlki illə müqayisədə ümimi istehlak, 1,2 milyon kilovat-saata yaxın, ödəniş isə 10 faizdən çox artmışdır.
"Azərenerji" ASC-dən AzərTAc-a bildirmişlər ki, bu dövrdə EŞ müəssisəsində keçirilmiş reydlər zamanı 370-dən artıq qayda pozuntusu faktı aşkar olunmuş, itirilmiş elektrik enerjisinin 80,6 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...