PDF Oxu

İqtisadiyyat

  • 28

Azərbaycanda bir sıra dövlət standartları təsdiq edilmişdir

Azərbaycanda bir sıra dövlət standartları təsdiq edilmişdir

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən bir sıra dövlət standartları təsdiq edilmişdir.

Bu barədə komitənin mətbuat xidmətindən bildirmişlər.

AZS 756-2014 "Xilasedici jiletlər. Texniki şərtlər" dövlət standartı gəmilərdə, üzən vasitələrdə və sahil məntəqələrində istifadə edilən xilasedici jiletlərə şamil edilir. Bu standart "Dənizdə insan həyatının mühafizəsinə dair 1974-cü il tarixli Beynəlxalq Konvensiya"nın III qaydasının tələblərinə uyğun hazırlanmışdır. Normativ sənəddə xilasedici jiletlərin əsas ölçüləri, texniki tələblər, sınaq üsulları, markalanma, qablaşdırma, daşınma və saxlanma haqqında informasiyalar mövcuddur.

AZS CODEX STAN 192-2014 "Qida əlavələri" dövlət standartı beynəlxalq CODEX STAN 192-1995 "Codex General Standart for Additives" standartı əsasında hazırlanmışdır. Normativ sənəddə qida əlavələrinin istifadəsinin ümumi prinsipləri, qida əlavələrinin qida məhsullarına daxil edilməsi, qida məhsullarının kateqoriyaları sistemi haqqında informasiyalar yer almışdır.

yap.org.az

Digər xəbərlər