PDF Oxu

İqtisadiyyat

  • 32

Ötən il Azərbaycanın neft sektoruna 4,82 milyard manatdan çox investisiya yatırılmışdır

Ötən il Azərbaycanın neft sektoruna 4,82 milyard manatdan çox investisiya yatırılmışdır

2013-cü ildə Azərbaycanın neft sektoruna 4,82 milyard manatdan çox investisiya yatırılmışdır ki, bu da əvvəlki ilin göstəricisindən 24,2 faiz çoxdur.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2013-cü ilin dekabrında ölkənin neft sektoruna 482,7 milyon manat məbləğində investisiya qoyulmuşdur. 2012-ci ilin analoji dövründə isə bu rəqəm 430,5 milyon manata bərabər olmuşdur.

Azərbaycanın sənaye sahələrinə yatırılmış kapital qoyuluşları təqribən 4,7 milyard manat təşkil etmişdir ki, bu da 2012-ci ilin müvafiq dövrünün göstəricisindən 20,6 faiz çoxdur.

yap.org,az

Digər xəbərlər