PDF Oxu

İqtisadiyyat

  • 19

Azərbaycanda əhalinin gəlirləri 8 faiz artmışdır

Azərbaycanda əhalinin gəlirləri 8 faiz artmışdır

İlkin hesablamalara görə, 2013-cü ildə Azərbaycan əhalisinin gəlirləri əvvəlki illə müqayisədə 8 faiz artaraq 37,6 milyard manata çatmışdır. Əhalinin hər nəfərinə düşən gəlirlərin həcmi orta hesabla 4039,6 manat və ya ayda 336,6 manat təşkil etmişdir.

Dövlət Statistika Komitəsindən AzərTAc-a bildirmişlər ki, hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 4,2 faiz bəndi üstələyərək 6,6 faiz olmuşdur.

Gəlirlərin 64,3 faizi son istehlaka, 8,3 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, 1,8 faizi kreditlər üzrə faizlərin ödənilməsinə, 25,6 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilmişdir.

2013-cü ildə əhalinin sərəncamında qalan gəlir 34,5 milyard manat təşkil edərək əvvəlki ildəkinə nisbətən 8 faiz artmışdır.

AzərTAc

Digər xəbərlər