PDF Oxu

İqtisadiyyat

  • 10

Lökbatan qəsəbəsində sosial obyektlərin tikintisi böyük vüsət almışdır

Lökbatan qəsəbəsində sosial obyektlərin tikintisi böyük vüsət almışdır

Ötən il Qaradağ rayonunun Lökbatan qəsəbəsi üçün uğurlu olmuşdur.

Rayon icra hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən Lökbatan qəsəbəsində 139 nömrəli orta məktəb binasının əsaslı təmiri və 12 əlavə sinif otağının tikintisi, 233 nömrəli orta məktəb binasının təmiri işləri həyata keçirilmişdir.

Rayonda səhiyyə müəssisələrinin inşası istiqamətində də tədbirlər görülmüş, 19 nömrəli birləşmiş şəhər xəstəxanasının təmiri, avadanlıq və inventarla təchiz olunması, 39 nömrəli kardiorevmatoloji sanatoriyanın təmiri, avadanlıq və inventarla təchiz olunması işləri yekunlaşmışdır.

Eyni zamanda, yaşayış binalarının məhəllədaxili və aşağı paylama istilik sistemlərinin yenidən qurulması işləri də başa çatmışdır. Qəsəbədəki 9 nömrəli musiqi məktəbinin yeni binasının inşası tamamlanmış, hazırda binadaxili rənglənmə işləri aparılır, həyətyanı sahədə abadlıq işləri davam etdirilir.

Həmçinin 7 nömrəli peşə məktəbi sökülərək yenidən tikilir. hazırda binaxarici və binadaxili suvaq işləri aparılır.

"Bülbül" və "Sevinc" uşaq bağçalarının əsaslı təmiri yekunlaşmış, D.Bəkirov və V.Əsədov adına uşaq bağçalarında isə əsaslı təmir işləri davam etdirilir.

AzərTAc

Digər xəbərlər