PDF Oxu

İqtisadiyyat

  • 7

Elman Mehdiyev: "Pensiyaların sığorta hissəsinin həcmi 2,4% artacaq"

Elman Mehdiyev: "Pensiyaların sığorta hissəsinin həcmi 2,4% artacaq"

"Əmək pensiyalarının sığorta hissəsinin artırılması prosesi pensiyaçıların 95%-nə şamil olunub. Dövlət qulluqçusu, xüsusi rütbəli şəxs və hərbi qulluqçuları kimi pensiya alan şəxslər bu artımdan kənarda qalacaqlar". SİA-nın xəbərinə görə, jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev belə deyib.Onun sözlərinə görə, bu şəxslərin pensiyaları xüsusi qaydalara əsasən, əməkhaqqı əsasında hesablanır: "Bu gün Azərbaycanda təyin onun əmək haqqın pensiyaları iki hissədən ibarətdir. Birinci hissəsi baza, ikinci hissəsi isə sığorta hissəsidir. Pensiyaların sığorta hissəsi vətəndaşların fərdi hesablarında toplanan və pensiya kartlarına əsasən hesablarının məbləğdir. 2013-cü il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq, 2014-cü il yanvarın 1-nə bütün növ əmək pensiyalarının sığorta hissəsini indeksləşdirib. Bu, dövlət başçısının imzaladığı "Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında" sərəncamına əsasən həyata keçirilib. Azərbaycanda 2006-cı il yanvarın 1-dən tətbiq edilən sığorta-pensiya sistemi əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsini nəzərdə tutur. Bu, bazar iqtisadiyyatı şəraitində vətəndaşların pensiya təminatı hüququnun etibarlı müdafiəsini təmin edir. Bununla da inflyasiyaya uyğun indeksləşmənin aparılmasına başlanılıb".Fondun sədri qeyd edib ki, 2013-cü ildə istehlak qiymətlərinin 2,4% bahalaşması qeydə alınıb: "Əgər vətəndaş 300 manat pensiya alırsa onun baza hissəsinin həcmi 100 manatdır. 200 manat isə sığorta hissəsidir. Bu artım isə yalnız sığorta hissəsinə tətbiq olunacaq. Vətəndaşın pensiyasının sığorta hissəsinin həcmi ötən ilin infilyasiya indeksinə uyğun olaraq 2,4% artacaq. Bununla yanaşı, sığortaolunanlar üzrə ödənən və onların fərdi hesablarında qeydə alınan pensiya kapitallarının da indeksləşdirilməsi aparılacaq. Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi üçün hər ay təqribən 1,8 milyon manat, il ərzində isə 21, 6 milyon manat əlavə vəsait tələb olunacaq. Bu vəsaitlər DSMF-nin büdcəsində öz əksini tapıb".Qeyd edək ki, 2007-ci ildən başlayaraq ölkə rəhbəri tərəfindən əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı 8 sərəncam verib.

sia.az

Digər xəbərlər