Ağcabədi Elektrik Şəbəkəsində elektrik enerjisinin texniki itkisinin minimum səviyyəyə salınması və şəbəkələrin istismar vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir.
"Azərenerji" Acıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, ötən ilin son üç ayı ərzində müəssisənin balansında olan 110 kilovoltluq "Ağcabədi", 35 kilovoltluq "Hindarx-1", "Qiyamadınlı", "Ağcabədi-2" və digər bir neçə yarımstansiyadan çıxan 10 kilovoltluq 4,8 kilometr məsafədə hava xətti əsaslı təmir edilmişdir. Rayonun Köyük, Şahsevən, Hacıbədəlli kəndləri və şəhər ərazisində ümumilikdə 6,1 kilometr 0,4 kilovoltluq xətti də təmir edilmişdir.
Ötən ilin dekabrında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 620-ə yaxın qayda pozuntusu faktı aşkar olunmuşdur. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılaraq 1 milyon 824,6 min kilovat-saatdan artıq itirilmiş elektrik enerjisinin 109,5 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həmçinin dekabr ayında müəssisə üzrə 23,4 milyon kilovat-saata yaxın elektrik enerjisi istehlak olunmuşdur.
Ümumilikdə 2013-cü ildə müəssisə üzrə istehlak edilmiş elektrik enerjisinin miqdarı 284 milyon kilovat-saata yaxın olmuşdur. Bunun da 43,2 milyon kilovat-saatdan çoxu daimi əhali qrupuna məxsusdur.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...