Yanvar ayında "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" üzrə büronun iştirakçıları olan sığorta şirkətləri tərəfindən 1,296 sığorta tələbi üzrə 1 milyon 657 min 772 manat məbləğində ödəniş həyata keçirilmişdir.
İcbari Sığorta Bürosundan AzərTAc-a verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta tələblərinin sayında 15 faiz, ödənişlərin məbləğində isə 4 faiz artım müşahidə olunmuşdur. Ötən ay avtomobillərə dəymiş zərərə görə verilmiş sığorta ödənişlərinin orta məbləği 1,212 manat təşkil etmişdir.
Yanvar ayında İcbari Sığorta Bürosunun icraatında 6 kompensasiya işi olmuşdur. Bu işlərdən biri üzrə vətəndaşa 1500 manat məbləğində kompensasiya verilmişdir.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...