Balıq və digər su bioloji resurslardan istifadə qaydalarına müvafiq olaraq ölkədə 2013-cü ildə 101 hüquqi və fiziki şəxs üçün balıq ovuna verilmiş 1166,8 ton kvota əvəzinə 793,8 ton balıq ovlanmışdır.
Dövlət Statistika Komitəsindən AzərTAc-a bildirmişlər ki, ovlanmış balığın 206 tonu kilkə, 150 tonu siyənək, 125 tonu kefal, 117 tonu kütüm, 72 tonu külmə, 59 tonu çapaq balıqlarının, qalanı isə digər balıq növlərinin payına düşmüşdür.
Balıqçılar tərəfindən kvotanın alınması üçün 16,4 min manat ödənilmişdir.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...