Fevralın 6-da Bakıda "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" mövzusunda III vergi forumu işə başlamışdır.
Forumda dövlət orqanlarının, beynəlxalq qurumların, bankların, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin nümayəndələri, iş adamları iştirak edirlər.
Forum öz işini "Vergi inzibatçılığında partnyorluq münasibətləri" və "Müasir vergi inzibatçılığında bilik menecmentinin və texnologiyaların rolu" adlı sessiyalarla davam etdirir.
Müzakirə olunan məsələlər ətrafında geniş diskussiyalar aparılmış, iştirakçılar vergi qanunvericiliyinin və vergi inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı bir sıra təkliflər səsləndirmişlər.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...